Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Otokoc Azerbaijan

Satış və əməliyyat üzrə mütəxəssis (hava limanı)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakı hava limanında avtomobil icarəsi sahəsində satış və əməliyyat üzrə mütəxəssis axtarılır. İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı İş rejimi: Növbəli iş rejimi Vəzifənin təsviri AVIS Azerbaijan komandasında yer alacaq satış və əməliyyat üzrə mütəxəssis hava limanı ofisində avtomobil icarəsi satışlarını, gündəlik əməliyyat proseslərini, avtomobillərin müştəriyə təhvil verilməsini və geri qəbulunu idarə edəcək. Namizəd həmçinin əməliyyat məlumatlarının düzgün qeydiyyatını aparacaq və müvafiq hesabatları hazırlayacaq. Əsas vəzifə öhdəlikləri Hava limanına gələn müştərilərə avtomobil icarəsi xidmətlərini təqdim etmək və aktiv satış aparmaq; Müştəri tələblərinə uyğun avtomobil və icarə şərtləri təklif edərək satış imkanlarını dəyərləndirmək; İcarə müqavilələrini hazırlamaq, rəsmiləşdirmək və sistemə daxil etmək; Avtomobillərin gündəlik əməliyyatlarını idarə etmək, təhvil və geri qəbul proseslərini yerinə yetirmək; Avtomobillərin texniki və vizual vəziyyətini yoxlamaq, mövcud zədələri və digər uyğunsuzluqları qeyd etmək; Avtomobillərin təmizliyinə, istifadəyə hazır olmasına və əməliyyat planına uyğun mövcudluğuna nəzarət etmək; Təhvil-təslim sənədlərini, açarları və digər əlaqəli sənədləri idarə etmək; Gündəlik satış, icarə, avtomobil hərəkəti və əməliyyat göstəriciləri üzrə hesabatlar hazırlamaq; Əməliyyat məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və vaxtında rəhbərliyə bildirmək; Müştəri məmnuniyyətini qorumaq və AVIS xidmət standartlarına riayət etmək. Namizədə tələblər Ali təhsil mütləqdir; İngilis dilini yaxşı səviyyədə bilmək və xarici müştərilərlə sərbəst ünsiyyət qurmaq mütləqdir; Avtomobillərin texniki və vizual xüsusiyyətlərini bilmək, avtomobilin vəziyyətini qiymətləndirə bilmək mütləqdir; Avtomobillərin gündəlik icarə əməliyyatlarını və təhvil-təslim proseslərini müstəqil idarə etmək bacarığı mütləqdir; Güclü analitik düşünmə və hesabat hazırlama bacarığı; MS Excel və digər ofis proqramlarından yaxşı səviyyədə istifadə bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı; Satış, müştəri xidmətləri və ya avtomobil icarəsi sahəsində iş təcrübəsi üstünlükdür; Rus dilini bilmək üstünlükdür; Yüksək məsuliyyət, dəqiqlik, operativlik və problem həll etmə bacarığı; Növbəli iş rejimində, o cümlədən həftəsonları işləmək imkanı. Təklif edirik Beynəlxalq avtomobil icarəsi brendi AVIS-də işləmək imkanı; Əmək bazarına və namizədin təcrübəsinə uyğun əməkhaqqı; Özəl tibbi sığorta; Peşəkar və dinamik iş mühiti; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.