Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Metal pano korpuslarının toz boya üsulu ilə boyanma prosesini həyata keçirmək.
Elektrostatik toz boya avadanlığının idarə olunmasını və stabil işləməsini təmin etmək.
Boyamadan əvvəl metal səthlərin hazırlanmasına və təmizliyinə nəzarət etmək.
Boya aparatının təzyiq, gərginlik və digər iş parametrlərini düzgün tənzimləmək.
Polimerləşdirmə peçinə nəzarət etmək, temperaturu və bişirmə müddətini düzgün müəyyənləşdirmək.
Boyanmış məhsulların keyfiyyətini, rəng uyğunluğunu və örtük qalınlığını yoxlamaq.
Boyama sistemi və peçdə yaranan texniki nasazlıqları aşkar etmək.
Avadanlıqların texniki baxışını və profilaktik xidmətini yerinə yetirmək.
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
İş şəraiti
Ünvan: Atyalı
Əməkhaqqı: 1800 AZN + bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
