Vakansiya haqqında
İş yeri: Azerfloat QSC
Vəzifə öhdəlikləri
İsti xətt üzrə:
Şüşə əritmə sobasında mövcud temperatur və təzyiq göstəricilərini izləmək, müşahidələrə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatları vaxtaşırı qeydə almaq
Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək
Əritmə vannası sexində baş verən proseslər üzrə müşahidələr aparmaq və qeydlər saxlamaq
Əritmə vannasında və soyutma sobasında istifadə edilən avadanlıqlara yerində vizual baxış keçirmək
İstehsalat xəttində aşkarlanan defektli şüşələrin yaranma səbəbini araşdırmaq
Soyuq xətt üzrə:
Şüşə lentinin ölçülərə uyğun şəkildə avtomatik kəsilməsini təmin etmək
Kəsim parametrlərini, o cümlədən ölçü, sürət, təzyiq və digər göstəriciləri avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq
Kəsilmiş şüşələrin keyfiyyətinə çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s. üzrə vizual nəzarət etmək
Xətdə yaranan dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək
Kəsim sahəsində təhlükəsizlik qaydalarına və daxili tələblərə ciddi riayət etmək
Namizədə tələblər
Orta ixtisas və ya ali texniki təhsil, kimya, mexanika, elektrotexnika, istehsalat və s. istiqamətlərdə
İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi
İstiyə davamlılıq və fiziki iş şəraitində çalışmaq bacarığı
Texniki düşünmə qabiliyyəti
Məsuliyyətli və dəqiq olmaq
Komanda daxilində işləmə bacarığı
İş şəraiti
İş qrafiki: növbəli
İş saatı: 08:00 - 20:00
Nahar pulu
Servis
Könüllü tibbi sığorta
Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun müəyyən ediləcək
Mövzu yerinə “İstehsalat operatoru” yazıb, Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
