Vakansiya haqqında
Əsas öhdəliklər
Xüsusi sistemdə (proqram təminatında) daxil olan tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək;
Gələn sorğulara operativ cavab vermək və onların həllini təmin etmək;
Logistika əməliyyatlarının sistemdə düzgün və fasiləsiz icrasına nəzarət etmək;
Xarici tərəfdaşlar və ya müştərilərlə ingilis dilində yazılı və şifahi əlaqə saxlamaq;
İş prosesində yaranan texniki və ya əməliyyat xarakterli sorğuları vaxtında aidiyyəti üzrə yönləndirmək.
Namizədə dair tələblər
Logistika sahəsində iş təcrübəsi;
İngilis dili biliyinin yüksək səviyyədə olması (yazılı və şifahi, məcburi);
Müvafiq sistemlər və kompüter proqramları ilə sərbəst işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və vaxtın düzgün idarə olunması;
Müəyyən olunmuş saat aralığında evdən səliqəli və məhsuldar iş şəraiti yaratmaq imkanı.
İş şəraiti və üstünlüklər
İş saatları: 15:00 – 01:00 / 15:00 – 21:00 — ofis daxilində / 22:00 – 01:00 — distant (evdən);
Əmək haqqı: 1100 AZN (Bonus + KPI sistemi).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Mövzu hissəsində “Sistem Operatoru” yazmağınız xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
