Vakansiya haqqında
Zəng mərkəzi operatorunun vəzifə öhdəlikləri
Daxil olan zəngləri qəbul etmək və müştərilərin suallarını dolğun şəkildə cavablandırmaq.
Şirkətin məhsul və xidmətləri haqqında məlumatı aydın və düzgün təqdim etmək.
Müştərilərlə işgüzar etika çərçivəsində, mehriban və nəzakətli ünsiyyət qurmaq.
Daxil olan zəngləri sistemdə və aidiyyəti proqramda qeyd etmək, məlumat bazasını yeniləmək, müştəri məlumatları, müraciətlər, şikayətlər və digər qeydləri aparmaq.
Müştəri şikayətlərini, sorğularını və problemlərini qəbul etmək, həll yolu təklif etmək və ya məsələni müvafiq şöbəyə yönləndirmək.
Geri əlaqə zəngləri həyata keçirmək, müştəri məmnuniyyətini yoxlamaq və müştəri bazasını idarə etmək.
Tələblər
Orta ixtisas və ya ali təhsil;
Əlaqədar sahədə minimum 1 il iş təcrübəsi;
Səlis, aydın nitq və düzgün diksiya;
Azərbaycan dili və rus dili biliyi üstünlükdür;
Kompyuter bilikləri və ofis proqramlarından istifadə bacarığı.
İş şəraiti barəsində məlumat
İş qrafiki: 2 növbəli iş qrafiki
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
