Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Müəssisədə elektrik avadanlıqlarının daim işlək vəziyyətdə saxlanılmasını təmin etmək.
İstehsal xətlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək və avadanlıqların düzgün idarə olunmasını təmin etmək.
Avadanlıqların mexaniki və elektrik hissələrinin texniki cəhətdən saz olmasına nəzarət etmək.
Elektrik nasazlıqlarını vaxtında aşkar etmək və aradan qaldırmaq.
Yeni avadanlıqların quraşdırılması və işə salınmasını həyata keçirmək.
Texniki sənədləşməni və hesabatları hazırlamaq.
İstehsalat proseslərində enerjidən səmərəli istifadəyə nəzarət etmək.
Təhsil və təcrübə tələbləri
Elektrik mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali və ya müvafiq ixtisas təhsili.
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
Texniki bilik və bacarıqlar
Elektrik sxemlərini oxumaq və hazırlamaq bacarığı.
Avadanlıqlarda yaranan nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq bacarığı.
Aşağı və yüksək gərginlikli elektrik qurğuları ilə işləmək bacarığı.
İş şəraiti
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
İş yeri: Bakı.
Əlavə məlumatlar
Nahar şirkət tərəfindən təmin edilir.
Servis xidməti mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciətetdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
