Vakansiya haqqında
İşəgötürən: Ticarət mərkəzi / Samiramis şəxsi firması
Vəzifələr
Malların qeydiyyatını aparmaq;
Mal, material və avadanlıqların, eləcə də tədbirdən (təmir-tikinti sahəsindən) qalan mal-materialların məsul şəxslərlə birlikdə sayımında iştirak etmək;
Firmanın balansında olan mal-materialların inventarizasiyasında iştirak etmək;
Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
Mallar anbara qəbul edilərkən, müvafiq sənədlər əsasında faktiki miqdarı (yer sayını) və qablaşdırmanın vəziyyətini yoxlamaq;
Malların xüsusiyyətinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
Anbardan mal çıxışına nəzarət etmək;
Anbarın təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək.
Namizədə tələblər
Ali təhsilli olmaq, iqtisadi və texniki təhsilə üstünlük verilir;
Mal-materialları tanımaq bacarığı olmalıdır;
Azı 2 il iş təcrübəsi;
MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
Şifahi və yazılı ünsiyyətdə yüksək səviyyədə bacarıq;
Ciddi, komanda ilə işləməyi bacaran;
Məsuliyyətli və stresə davamlı;
Ünsiyyətcil və təşəbbüskar;
Analitik düşünmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı.
İş şəraiti
İş yeri şəhərin mərkəzində, Sahil ticarət mərkəzinin yaxınlığında yerləşir.
Başlanğıc əmək haqqı 800 AZN-dir.
Müraciət qaydası
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Annbardar” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
