Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sophie Couture

Anbardar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Sophie Couture şirkəti istehsalat sahəsində fəaliyyət göstərmək üçün məsuliyyətli Anbardar axtarır. Bakı şəhərində anbar uçotu və istehsalat materiallarının idarə olunması üzrə işləmək istəyən namizədlər müraciət edə bilər. Vəzifə öhdəlikləri Anbara daxil olan və anbardan çıxan materialların qəbulunu, qeydiyyatını və uçotunu aparmaq; Parça, furnitur və digər istehsalat materiallarının hərəkətinə nəzarət etmək; Bütün anbar əməliyyatlarını kompüter vasitəsilə sistemə daxil etmək; Anbar qalıqlarını mütəmadi yoxlamaq və məlumatları yeniləmək; İstehsalat şöbəsinə materialların vaxtında təhvil verilməsini təmin etmək; Anbarda səliqə-sahmanın və düzgün yerləşdirmənin qorunmasına nəzarət etmək; Anbar hesabatlarını hazırlamaq. Namizədə tələblər Kompüterdə sərbəst işləmək bacarığı mütləqdir; MS Excel və digər ofis proqramları ilə işləmə bacarığı; Elektron uçot sistemlərində məlumatların düzgün və operativ daxil edilməsi; Anbar sahəsində iş təcrübəsi üstünlükdür; Dəqiqlik, məsuliyyətlilik və diqqətlilik; Komandada işləmək bacarığı. İş şəraiti İş qrafiki: 10:00–19:00 İş günləri: Bazar ertəsi – Şənbə İstirahət günü: Bazar Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.