Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

İnterkommers

Anbardar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Anbara daxil olan və anbardan çıxan materialların qəbulunu, qeydiyyatını və uçotunu aparmaq. Malların anbara qəbul zamanı müvafiq sənədlər əsasında faktiki miqdarını, yəni yer sayını və qablaşdırılma vəziyyətini yoxlamaq. Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi ilə mal sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və malların təhvil-təslim prosesini həyata keçirmək. Lazımi malların daima stokda olmasına nəzarət etmək. Stokda olmayan mallar barədə vaxtında məlumat vermək. Bütün anbar əməliyyatlarını kompüter vasitəsilə sistemə daxil etmək. Anbar qalıqlarını mütəmadi yoxlamaq və məlumatları yeniləmək. Anbarda səliqə-sahmanı və düzgün yerləşdirməni təmin etmək. Anbar hesabatlarını hazırlamaq. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirmək. İş şəraiti İş qrafiki: 09:00–18:00 İş günləri: Bazar ertəsi – Şənbə İstirahət günü: Bazar Əməkhaqqı: 600 AZN Namizədə tələblər Yaş həddi: 25–35. Ali təhsil. Hərbi xidmətin başa vurulması və ya azad olunma mütləqdir. Bakıda qeydiyyatda olmaq mütləqdir. Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi. MS Excel və digər ofis proqramları ilə işləmək bacarığı. Elektron uçot sistemlərinə məlumatların düzgün və operativ daxil edilməsi. Anbar sahəsində iş təcrübəsi üstünlükdür. Diqqətlilik, məsuliyyət və operativlik. Komandada işləmək bacarığı. Müraciət qaydası Vakansiya üzrə müraciət etmək istəyən uyğun namizədlər öz CV formalarını “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibə mərhələsinə dəvət olunacaqlar.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.