Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Cəmiyyətin elektron proqramında anbara daxil olan bütün mal-materialların, eləcə də struktur bölmələr üzrə paylanmış ehtiyatların uçotunu və hesabatını aparmaq;
Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin yerinə yetirilməsinə nəzarət etmək və onların vaxtında təmin olunmasını təşkil etmək;
Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında aidiyyəti bölmələrə düzgün şəkildə verilməsini və bu əməliyyatların elektron sistemdə vaxtında qeyd edilməsini təmin etmək;
Gündəlik sifariş müraciətlərini izləmək, birbaşa rəhbərin təsdiqi ilə material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslim prosesini həyata keçirmək;
Anbarda olan mal-materialların faktiki mövcudluğunu davamlı nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalmaqda olan materiallar barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq;
Materialların müəyyən edilmiş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək;
Materialların gündəlik sərfiyyatını izləmək və sistem üzrə düzgün uçotunu aparmaq;
Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə birbaşa rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti:
İş yeri: Güzdək qəs.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır).
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır);
Anbar uçotu və elektron proqram təminatı ilə, xüsusilə 1C proqramı ilə işləmək bacarığı (mütləq tələb);
MS Office proqramları, o cümlədən MS Word, MS Excel və Outlook ilə işləmək bacarığı;
Diqqətlilik, məsuliyyət və operativlik;
Komanda ilə işləmək bacarığı və riyazi təfəkkür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Anbardar (Güzdək)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
