Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Beteko Group

Anbardar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Tikinti sektorunda sənədləşmə və anbar uçotu üzrə təcrübəsi olan, məsuliyyətli, diqqətli, analitik düşüncəyə sahib və MS Office proqramlarında yaxşı bilikləri olan anbardar axtarılır. Əsas vəzifələr Anbara daxil olan və anbardan çıxan malların sənədləşdirilməsi və uçotunun aparılması; Qaimələrin, təhvil-təslim aktlarının və digər anbar sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi; Anbar qalıqlarına nəzarət edilməsi və mütəmadi hesabatların hazırlanması; 1C, ERP və ya digər uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icrası; İnventarizasiya prosesində iştirak edilməsi və uyğunsuzluqların araşdırılması; Satınalma, logistika və maliyyə şöbələri ilə koordinasiyalı şəkildə işləyərək sənəd dövriyyəsinin düzgün aparılmasının təmin olunması. Namizədə tələblər Tikinti sahəsində anbardar kimi iş təcrübəsi mütləqdir; Tikinti materialları barədə biliklərə malik olmaq; Anbar uçotu və sənədləşmə işlərini bilmək; 1C, ERP və ya digər anbar idarəetmə proqramları ilə işləmək bacarığı üstünlükdür; MS Excel üzrə yaxşı biliklər; Diqqətlilik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı. İş şəraiti İş yeri: Babək prospekti, Əlişir Nəvai küçəsi 11 İş qrafiki: 6 günlük Əmək haqqı: 1000 - 1500 AZN (net) Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində "Anbardar" qeyd etməklə göndərin. Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.