Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

GFC MMC →

Anbardar

Maaş göstərilməyib

XırdalanMənbə: Vezife.az

Vakansiya haqqında

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsi Namizədə dair tələblər Müvafiq vəzifədə azı 3 il iş təcrübəsi; Qida sahəsində minimum 1 il təcrübə; Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklər; Komanda daxilində işləmək bacarığı; Diqqətlilik, məsuliyyət və operativlik; Vaxtı səmərəli idarə etmək bacarığı; Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik; 1 C 8.3 proqramında işləmək bacarığı; AR SQ üzrə hərbi xidmət keçmiş namizədlərə üstünlük verilir. Əsas vəzifə öhdəlikləri Anbara daxil olan məhsulların qəbulu, qeydiyyatı və düzgün saxlanılmasının təmin olunması; Məhsullar qəbul edilərkən təsdiqedici sənədlər əsasında faktiki miqdarın və çeşidin uyğunluğunun yoxlanılması; Məhsulların qablaşdırma vəziyyətinə baxılması və müvafiq sənədləşmənin aparılması; Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi; Məhsulların xüsusiyyətlərinə uyğun şəkildə anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təşkili; Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun düzülüşünə və dövriyyəsinə nəzarət edilməsi; Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə əməl olunmasının təmin edilməsi; Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət; Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların vaxtında və düzgün komplektləşdirilməsi, yığılması, qablaşdırılması və filiallara göndərilməsinin təşkili, həmçinin anbardan çıxışın müvafiq sənədlərlə rəsmiləşdirilməsi; Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının uçotunun aparılması; Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün tərtib edilməsi; Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkili; Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün düzülüşünə nəzarət edilməsi; Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıq və uyğunsuzluqlar barədə rəhbərliyin məlumatlandırılması, müvafiq hesabatların təqdim olunması; İnventarizasiyalarda iştirak etmək və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq; Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarını vaxtında müəyyən etmək və rəhbərliyi məlumatlandırmaq; Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak etmək; Anbarın hər zaman səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək. İş şəraiti AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; 6 günlük iş rejimi; Anbar: Xırdalan şəhəri; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Anbardar

Vakansiyalar

700 AZN

Şəhər
Xırdalan
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Work.az Aktiv vakansiya
Ətraflı

Anbardar

Titan Group

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Logistika və nəqliyyat
Vezife.az Aktiv vakansiya
Ətraflı

Anbardar

İnterkommers

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Logistika və nəqliyyat
Vezife.az Aktiv vakansiya
Ətraflı

Anbardar

Beteko Group

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Logistika və nəqliyyat
Vezife.az Aktiv vakansiya
Ətraflı

Anbardar

Sophie Couture

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Logistika və nəqliyyat
Vezife.az Aktiv vakansiya
Ətraflı

Anbardar

Capital Construction MMC

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Logistika və nəqliyyat
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.