Vakansiya haqqında
Əsas vəzifələr
Geoloq, reservuar mühəndisi və hasilat mühəndisindən ibarət komandanın fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və idarə etmək
Geoloji, hidrodinamik və hasilat modellərinin hazırlanması, yenilənməsi və keyfiyyətinə nəzarət etmək
Layların işlənməsi üzrə inteqrasiya olunmuş texniki həllər hazırlamaq və qərarların qəbulunda iştirak etmək
Quyuların yerləşdirilməsi, qazma proqramları və hasilatın optimallaşdırılması üzrə texniki tövsiyələr hazırlamaq
Yeni quyuların qazılması, köhnə quyuların bərpası və hasilatın artırılması tədbirlərinin texniki əsaslandırılmasını təşkil etmək
Yatağın öyrənilməsi üçün tədqiqat fəaliyyətlərini (PTA, PLT, interferensiya) tövsiyə etmək və layihələndirmək
Hasilat proqnozları, ehtiyatların qiymətləndirilməsi və inkişaf ssenarilərinin hazırlanmasına rəhbərlik etmək
Geoloji, geofiziki, hasilat və lay məlumatlarının inteqrasiyasını təmin etmək
Xarici podratçı şirkətlər tərəfindən hazırlanmış modellərin və hesabatların ekspertizasını aparmaq, eləcə də layihələr üzrə texniki hesabatlar, təqdimatlar və rəhbərlik üçün analitik materiallar hazırlamaq
Müxtəlif struktur bölmələri (Qazma, Geologiya, Geofizika, Hasilat və s.) ilə koordinasiyalı işləmək
Qrup əməkdaşlarının peşəkar inkişafını, mentorluğunu və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək, həmçinin iş planlarının icrasına, müddətlərə və nəticələrin keyfiyyətinə nəzarət etmək
Komanda tərəfindən yüksək keyfiyyətli materialların təqdim olunmasını təmin edərək ehtiyatlar və biznes planlaşdırma proseslərinə töhfə vermək
Tələblər
Lay mühəndisliyi, Neft-qaz mühəndisliyi, Geologiya elmləri üzrə Bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
Müvafiq sahə üzrə 10 il iş təcrübəsi (müxtəlif neft və qaz layihələrində)
Modelləşmə proqramlarında (Eclipse, CMG,PETREL,RMS, tNavigator və ya ekvivalentləri) yüksək səviyyəli bilik və təcrübə
MBal kimi proqramlardan istifadə təcrübəsi arzuolunandır
Yataqların İşlənmə Planının hazırlanması və ssenarilərin analizi üzrə təcrübə
Qeyri-müəyyənlik analizi, həssaslıq tədqiqatları və ehtimal əsaslı proqnozlaşdırma (probabilistic forecasting) ilə tanışlıq
Güclü analitik düşüncə və problem həll etmə bacarığı
Bir neçə layihənin paralel aparmaq qabiliyyəti
Dürüstlük, hesabatlılıq və təhlükəsizliyə diqqət
Müraciət üçün son tarix: 25.11.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
