Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi →

Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək; Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək; Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək; Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək; Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək; Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək; Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək; Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək; Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Tələblər Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə); Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi; Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatın mövcudluğu zəruridir; MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək; Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır; Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq; Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq; Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı; Operativlik və doğru qərarvermə bacarığı; Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.