Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

immigration.az

Baş mütəxəssis/ Layihə Meneceri

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Bizim vakansiya: Baş Mütəxəssis / Layihə Meneceri Senior Specialist/Project Manager Şirkət: "Immigration Aze" Əmək haqqı: 1300 - 1700 AZN (Təcrübə və namizədin bilik səviyyəsinə uyğun olaraq müəyyən ediləcəkdir.) İş qrafiki: Tam iş günü (Bazar ertəsi - Cümə) Təcrübə: Minimum 5 il İşin Təsviri və Öhdəliklər • Müştərilərin miqrasiya, viza, yaşayış icazəsi və digər hüquqi və əlaqəli biznes, təhsil müraciətlərinin qəbul edilməsi və təhlili; • Müştərilərlə peşəkar danışıqların aparılması, onlara proseslər barədə daxili və xarici qanunvericiliyə uyğun məsləhətlərin verilməsi; • Bütün zəruri sənədləşmə işlərinin (ərizələr, anketlər, hüquqi sənədlər paketi) yüksək dəqiqliklə hazırlanması; • İcraatda olan xidmət proseslərinin mərhələli şəkildə izlənilməsi, nəzarətdə saxlanılması və vaxtında yekunlaşdırılması; • Dövlət qurumları, səfirliklər və tərəfdaş təşkilatlarla şirkət adından rəsmi yazışmaların və kommunikasiyanın qurulması; • Müştəri məmnuniyyətini təmin etmək üçün mütəmadi olaraq gedişat barədə hesabatların verilməsi. Tələblər: *Hüquqşünaslıq, idarəetmə və ya menecment ixtisası üzrə təhsil almış şəxslərə üstünlük verilir. • Təcrübə: Miqrasiya, hüquq və ya əlaqədar layihələrin idarə edilməsi sahəsində minimum 5 il uğurlu iş təcrübəsi; • Dil bilikləri: İngilis dili – Mükəmməl (C1/C2), Rus dili – Yaxşı (B2/C1) (Azərbaycan dilini səlis bilmək mütləqdir); • Sənədlərlə yüksək dəqiqliklə işləmək, analitik düşünmə və problem həll etmə bacarığı; • Güclü kommunikasiya, danışıqlar aparma və müştəri yönümlülük keyfiyyətləri; • Stressə davamlılıq və eyni anda bir neçə prosesi (multi-tasking) idarəetmə qabiliyyəti; • MS Office proqramlarından sərbəst istifadə. Şirkət təklif edir; • Professional və dinamik komandada işləmək imkanı; • Karyera yüksəlişi və şəxsi inkişaf perspektivləri; • Rəsmi qeydiyyat və rəqabətədavamlı əmək haqqı, bonuslar.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.