Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

PAŞA Sığorta

Zərərlərin qiymətləndirilməsi şöbəsinin Könüllü növlər üzrə sektor rəhbəri

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Könüllü sığorta növləri üzrə sektoru idarə etmək və komanda üzvlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək; Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərəri müəyyənləşdirmək, hissələrin siyahısını tərtib etmək və təmir prosesinə ümumi nəzarəti təşkil etmək; Təmir-bərpa işləri üçün avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar dəyərinə uyğunluğunu yoxlamaq və qiymətləri razılaşdırmaq; Dəymiş zərərin optimallaşdırılması məqsədilə ehtiyat hissələrinin və servis xidmətlərinin minimum bazar dəyərini müəyyən etmək; Əsassız ödənişlərin qarşısını almaq və potensial sığorta dələduzluğu hallarını aşkar edərək araşdırmaq; Zərərin qiymətləndirilməsi ilə bağlı sənədləri kənar strukturlardan (avtoservislər, qiymətləndiricilər) əldə etmək; Təmir zamanı əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiyasını təşkil etmək. Tələblər Sığorta qanunvericiliyi və müvafiq qaydalar üzrə biliklər; Avtomobilin texniki quruluşu, ehtiyat hissələri və onların bazar dəyəri haqqında dərin biliklər; Avtomobil təmiri və servis xidmətləri sahəsində məlumatlılıq; Tikinti sahəsi üzrə ilkin biliklər; Yüksək ünsiyyət və danışıqlar aparma bacarığı; Məsuliyyətlilik, detallara diqqət və stressə davamlılıq; Dil bilikləri: Azərbaycan Ali təhsil; Biznes və ya aidiyyəti sahədə 0-1 il iş təcrübəsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.