Vakansiya haqqında
Birbankın Ticarət filialında Mikro kreditlər bölməsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
+ ' ' + Ali təhsil;
Sahə üzrə ən az 1 il iş təcrübəsi ;
Yüksək səviyyədə Azərbaycan dili biliyi;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Satış bacarığı;
Yüksək səviyyədə ünsiyyət bacarıqları;
Sahiblənmə və məsuliyyət hissi.
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + · Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
· Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
· Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
· Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
· Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
· Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
· İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
· Görülmüş işlər üzrə hesabatlar verir.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
