Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TuranBank ASC

Data əsaslı təhlil və süni intellekt bölməsinin aparıcı mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Biznes məsələlərinin analitik tapşırıqlara çevrilməsi; Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv və preskriptiv təhlillərin aparılması; SQL, Python və digər uyğun alətlərdən istifadə etməklə məlumatların təhlili, statistik modellərin qurulması və nəticələrin qiymətləndirilməsi; Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim olunması; Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətlərdə iştirak. Namizədə dair tələblər Uyğun istiqamət üzrə ali təhsil (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair); SQL üzrə yüksək səviyyədə biliklər; Python, Pandas və NumPy kitabxanaları ilə işləmək bacarığı; Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər; Məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı; Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı; Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim edə bilmək; İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində. Üstünlük verilir Bank və ya maliyyə sektorunda iş təcrübəsi; Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər; Data anbarı və data modelləri üzrə biliklər. Vakansiyaya Müraciət et düyməsində göstərilən linkə daxil olaraq TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.