Vakansiya haqqında
Təsvir
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilən hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim olunmasının təmin edilməsi;
Statistik və maliyyə hesabatlarının hazırlanması, hesabatlıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması;
Mərkəzi Bankın hesabatlılıq üzrə normativ tələblərinin və müvafiq sənədlərinin mütəmadi izlənilməsi, onların hesabatlıq proseslərində tətbiqinin təmin edilməsi;
Kənar auditorlarla əməkdaşlıq edilməsi, audit prosesi çərçivəsində hesabatlılıqla bağlı tələb olunan məlumat və sənədlərin hazırlanaraq təqdim edilməsi;
Tələblər
Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Bank sektorunda hesabatlılıq sahəsində minimum mütəxəssis üçün 1 il, aparıcı mütəxəssis üçün 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunan hesabatlar üzrə bilik və praktiki tanışlıq;
Mərkəzi Bankın hesabatlılıqla bağlı normativ sənədlərini bilmək və onların tələblərini tətbiq etmək bacarığı;
Kənar auditorlarla əməkdaşlıq və audit proseslərində iştirak təcrübəsi;
MS Excel proqramında sərbəst işləmək bacarığı;
SQL sorğularının yazılması bacarığı arzuolunandır;
ACCA F3 və F7 sertifikatlarının olması üstünlükdür;
Güclü analitik düşünmə bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
