Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Unibank ASC

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik Mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Müştəri əməliyyatlarının (kart, internet və mobil bankçılıq, POS-terminal və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması; Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi; Kart və digər rəqəmsal kanallar üzrə dələduzluq insidentlərinin araşdırılması və təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin görülməsi və monitorinq qaydalarına dəyişikliklərin təklif edilməsi; Risk göstəricilərinin müəyyənləşdirilməsi və təkrarlanan dələduzluq ssenarilərinin qarşısının alınması üçün təkliflərin hazırlanması; Rəqəmsal dələduzluqla bağlı daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlil edilməsi, zərurət yarandıqda müştərilərlə əlaqə saxlanılması; Təhlilin nəticələrinə əsasən müəyyən edilmiş tədbirlər planının icrası; Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə edilməsi. Üstünlüklərimiz: Bank sektorunda karyera qurmaq və praktiki təcrübə qazanmaq imkanı; Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində bilik və bacarıqların artırılması; Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı; Təlimlərdə və peşəkar inkişaf proqramlarında iştirak; Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq; Bankdaxili karyera yüksəlişi imkanlarından yararlanmaq; Dinamik və gərgin iş mühitində qərarvermə, problem həll etmə və operativlik bacarıqlarını inkişaf etdirmək. Tələblər Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır; Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları üzrə biliklər arzuolunandır; Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech təcrübəsi arzuolunandır; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, ingilis dilində texniki terminologiyanı anlamaq və rus dili biliyi arzuolunandır; MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) və sorğuların idarə edilməsi sistemləri (JIRA, OTRS və s.) ilə işləmək bacarığı; SQL (Oracle) üzrə biliklər, o cümlədən DQL və DML komandaları ilə işləmək bacarığı; Analitik düşünmə qabiliyyəti və detallara diqqət; Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı; Yeni texnologiyaları və alətləri öyrənməyə açıqlıq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.