Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Caspos MMC →

Texniki servis mütəxəssisi

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

CASPOS MMC komandamıza “Texniki servis mütəxəssisi” axtarırıq. Məsuliyyət və vəzifələr: Təmirə daxil olan kassa aparatlarının ilkin texniki diaqnostikasını həyata keçirmək; Kassa aparatlarının elektron və elektrik hissələrinin təmiri və texniki xidmətini həyata keçirmək; Elektron komponentlərin, naqillərin, birləşdiricilərin və digər hissələrin yoxlanılması, dəyişdirilməsi və bərpasını təmin etmək; Elektron lövhələr üzərində lehimləmə (payka) və digər texniki təmir işlərini yerinə yetirmək; Nasazlıqların səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Təmir və texniki xidmət zamanı müvafiq alət və avadanlıqlardan düzgün istifadə etmək; Təmir edilmiş kassa aparatlarının işləkliyini yoxlamaq və funksional sınaqlarını həyata keçirmək; Görülmüş təmir işləri və aşkar edilmiş nasazlıqlar barədə müvafiq qeydlər aparmaq və hesabat vermək; İş prosesində elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən səlahiyyətləri və vəzifə funksiyaları çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: Elektronika və elektrik dövrələri haqqında ilkin və ya orta səviyyədə biliklər; Lehimləmə (payka) texnikası və elektron lövhələrlə işləmək bacarığı; Elektron avadanlıqların diaqnostikası və təmiri üzrə biliklər; Yaş həddi: 25-40. Fərdi keyfiyyətləri: Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmaq; Səbrli və təmkinli olmaq; Öyrənməyə və yeni texnologiyalara uyğunlaşmağa həvəsli olmaq; Komandada işləmək bacarığı; Operativ qərarvermə və problem həll etmə bacarığı. Əlavə məlumatlar: Əmək haqqı: Razılaşma yolu ilə; İş qrafiki: 5 günlük, 09:00-18:00; AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Əməkdaşlar üçün şirkət tərəfindən qarşılanan tibbi sığorta paketi Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Texniki servis mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.