Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aura Məişət Teknikası →

Texniki servis mütəxəssisi (roboclean üzrə)

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Almaniyanın tanınmış brendlərindən biri olan "Aura GmbH"-ın Azərbaycandakı rəsmi distribütoru “Aura Məişət Texnikası MMC” böyüyən komandası üçün Texniki Servis Mütəxəssisi axtarır. Texniki sahəyə maraq göstərən və bu istiqamətdə peşəkar inkişafını sıfırdan başlamaq istəyən namizədlər üçün uyğun seçimdir. İş şəraiti və şirkətin təqdim etdiyi imkanlar Həftədə 6 iş günü, iş vaxtı 09:30–18:30, 1 gün istirahət. Bütün diaqnostika və təmir işləri şirkətin müasir servis mərkəzində aparılır. Təcrübəsi olmayan əməkdaşlar üçün iş prosesində peşəkar ustalar tərəfindən tam və ödənişsiz təlim keçirilir. Minimum sabit gəlirlə yanaşı, iş həcmi və nəticəyə əsaslanan bonus sistemi tətbiq olunur. Rəsmi əmək müqaviləsi bağlanır, nahar şirkət tərəfindən təmin edilir. Özünü doğruldan əməkdaşlar üçün baş texnik və rəhbər vəzifələrə yüksəlmək imkanı mövcuddur. Vəzifə öhdəlikləri Servis mərkəzinə daxil olan Roboclean təmizlik cihazlarının texniki yoxlanışını aparmaq. Nasaz hissələri müəyyən edib təmir etmək və cihazları işlək vəziyyətə qaytarmaq. Şirkətin xidmət standartlarına uyğun şəkildə müştəri məmnuniyyətini qorumaq və texniki suallara operativ cavab vermək. Günün sonunda görülmüş işlər barədə rəhbərliyə hesabat təqdim etmək. Namizədə tələblər Yaş: 23–41. Elektrik və ya mexaniki avadanlıqlar barədə ilkin biliklərin olması üstünlükdür; detallarla işləməyi sevən namizədlərə üstünlük verilir. Yeni texnologiyaları tez mənimsəmək və öyrənməyə açıq olmaq. Məsuliyyətli, dəqiq, intizamlı, gülərüz və ünsiyyətcil olmaq. İş yeri Bakı şəhəri. Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, mövzu hissəsində “Texniki Servis Mütəxəssisi” qeyd etməklə CV-lərini PDF formatında Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.