Vakansiya haqqında
Yanğın siqnalizasiya sistemlərinə planlı texniki baxış və servis xidmətinin göstərilməsi;
Yanğın mərkəzi panellərinin, detektorların, əl düymələrinin, sirenlərin və digər avadanlıqların yoxlanılması;
Sistemdə yaranan nasazlıqların müəyyən edilməsi, diaqnostikası və aradan qaldırılması;
Zəruri hallarda avadanlıqların təmiri və ya dəyişdirilməsi;
Sistemlərin funksional sınaqlarının keçirilməsi və nəticələrin qeydiyyata alınması;
Görülmüş işlər barədə texniki hesabatların hazırlanması;
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi.
Yanğın siqnalizasiya sistemlərinin texniki servisi və təmiri sahəsində iş təcrübəsi arzuolunandır;
Yanğın siqnalizasiya avadanlıqları və onların iş prinsipi barədə biliklər;
Elektrik və zəif axın sistemləri üzrə baza bilikləri;
Texniki sxemləri və avadanlıq təlimatlarını oxumaq bacarığı;
Nasazlıqları müəyyən etmək və operativ həll etmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı;
Obyektlərə səfər etməyə hazır olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
