Vakansiya haqqında
Almaniyanın köklü markalarından biri olan "Aura GmbH"-ın Azərbaycandakı rəsmi
distribütoru “Aura Məişət Texnikası MMC” böyüyən komandasına Texniki Servis
Mütəxəssisi axtarır. Texniki sahəyə marağı olan və bu istiqamətdə sıfırdan peşəkar karyera qurmaq istəyən
namizədlər üçün ideal fürsətdir.
İş Şəraiti və Təkliflərimiz:
İş qrafiki: Həftədə 6 iş günü (09:30 – 18:30), 1 gün
istirahət.
Ofisdaxili iş mühiti: Bütün diaqnostika və
təmir prosesləri yalnız şirkətin müasir servis mərkəzində icra olunur.
Sıfırdan ödənişsiz təlim: Təcrübəsiz namizədlər peşəkar ustalar tərəfindən iş
prosesində tam öyrədilir.
Limitsiz qazanc imkanı:
Minimum sabit qazanc həddi ilə yanaşı, görülən iş həcminə və performansa əsaslanan bonus sistemi tətbiq
edilir.
Tam sosial təminat: Rəsmi əmək müqaviləsi
bağlanılır və nahar şirkət tərəfindən qarşılanır.
Karyera
yüksəlişi: Özünü doğruldan əməkdaşlar üçün baş texnik və rəhbər vəzifələrə yüksəlmək imkanı
yaradılır.
Vəzifə Öhdəlikləri:
Servis mərkəzinə daxil olan müasir Roboclean təmizlik cihazlarının texniki
diaqnostikasını aparmaq.
Nasaz və problemli detalları təmir edərək
cihazları tam işlək vəziyyətə gətirmək.
Şirkətin xidmət standartlarına
uyğun olaraq yüksək müştəri məmnuniyyətini təmin etmək və yaranan texniki sualları operativ həll
etmək.
Günün sonunda görülən işlər barədə rəhbərliyə müvafiq hesabat
təqdim etmək.
Namizədə Tələblər:
Yaş həddi: 23 – 41 yaş.
Texniki baza: Elektrik və ya mexaniki avadanlıqlar haqqında ilkin anlayışın
olması arzuolunandır (detallarla işləməyi sevən namizədlərə üstünlük verilir).
İnkişaf meyillilik: Yeni texnologiyaları sürətlə qavramaq və öyrənməyə açıq
olmaq.
Şəxsi keyfiyyətlər: Məsuliyyətli, dəqiq,
nizam-intizamlı, gülərüz və ünsiyyətcil olmaq.
İş Yeri: Bakı şəhəri.
Vakansiya ilə maraqlanan namizədlərdən mövzu hissəsində “Texniki Servis
Mütəxəssisi” qeyd edərək CV-lərini PDF formatındaMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
