Vakansiya haqqında
Komandamıza 2 texniki satınalma mühəndisi tələb olunur.
Vəzifə öhdəlikləri
Müştəri tələblərinə və texniki spesifikasiyalara uyğun avadanlıq seçimi aparmaq: transformator, KRU, kabel, generator, günəş panelləri, UPS, stabilizator
Çin və digər ölkələrdən olan istehsalçılardan qiymət sorğuları (RFQ) toplamaq, gələn təklifləri texniki və kommersiya tərəfdən müqayisə etmək
İstehsalçıların sertifikatlarını, tip sınaq hesabatlarını və referanslarını yoxlamaq
Sifarişlərin gedişini, istehsal mərhələsini və zavod sınaqlarını (FAT) izləmək
Logistika və gömrük üzrə tərəfdaşlarla əlaqələndirmə aparmaq
Vendor bazasını formalaşdırmaq və mütəmadi yeniləmək
Tələblər
Elektrik, enerji və ya elektromexanika mühəndisliyi üzrə ali təhsil
Satınalma, təchizat və ya texniki satış sahəsində minimum 2 il iş təcrübəsi
Texniki sənədləri və standartları oxuma bacarığı: IEC, datasheet, tək xətli sxem
İngilis dilini sərbəst bilmək; Çin və ya rus dili əlavə üstünlükdür
Incoterms və beynəlxalq ticarət sənədləri ilə tanışlıq
MS Excel və işgüzar yazışma bacarığı
Təklif edirik
Əmək haqqı: 1.000 AZN (net)
Bonus: şəxsən həyata keçirdiyiniz satınalmaların reallaşan dövriyyəsindən 1%
Sığorta: rəsmi əmək müqaviləsi və sosial sığorta
İnkişaf: beynəlxalq istehsalçılarla birbaşa əməkdaşlıq, Çinə işgüzar səfərlər
CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Məktubun mövzusunda "Texniki satınalma mühəndisi" qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
