Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Detal Construction →

Satınalma və təchizat üzrə mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Komandamız genişlənir. Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təminatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis tələb olunur. Vacib qeyd İş modelimiz çoxsaylı korporativ müştərilərin fərqli məhsul tələblərinin paralel şəkildə idarə edilməsini nəzərdə tutur. Buna görə də namizəd üçün B2B təchizat və ya supply şirkətində satınalma, yaxud təchizat sahəsində iş təcrübəsi əsas şərtdir. Tələblər B2B təchizat / supply şirkətində minimum 1 il satınalma və ya təchizat təcrübəsi; Eyni anda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmək bacarığı; Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisə edilməsi; Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı; Sifarişlərin izlənilməsi və vaxtında çatdırılmaya nəzarət; MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək; Azərbaycan dilində sərbəst danışıq və yazı; Rus və ya İngilis dili biliyi üstünlük hesab olunur; Operativ, diqqətli və məsuliyyətli olmaq. Üstünlük veriləcək İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi; Geniş yerli təchizatçı bazası; İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri ilə bağlı bazar bilikləri; Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi. Vəzifə öhdəlikləri Korporativ müştərilərdən daxil olan məhsul sorğularının araşdırılması; Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların müəyyən edilməsi; Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisə edilməsi; Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması; Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi; Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət; Alternativ məhsul və təchizatçıların araşdırılması; Anbar və digər şöbələrlə koordinasiya; Satınalma ilə bağlı hesabatların hazırlanması və sənədləşmənin aparılması. İş şəraiti Məkan: Bakı, Əhməd Rəcəbli İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00 Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır İş üçün korporativ nömrə təqdim olunur. Müraciət edən namizədlər üçün qeyd Vakansiya üzrə əsas seçim meyarı B2B təchizat və satınalma sahəsində praktiki iş təcrübəsidir. Bu sahədə müvafiq təcrübəsi olan namizədlərin müraciətlərinə üstünlük veriləcək. Digər sahələrdə iş təcrübəsi olan namizədlərin isə bu vakansiya üzrə müraciətlərinin uyğunluğu nəzərə alınmaya bilər. Müraciət zamanı cavablandırılması xahiş olunan suallar CV ilə birlikdə aşağıdakı suallara da qısa və konkret cavab verməyiniz xahiş olunur. Namizədlərin ilkin qiymətləndirilməsi zamanı bu məlumatlar nəzərə alınacaq. Satınalma və təchizat sahəsində neçə il iş təcrübəniz var? Əvvəlki iş yerinizin adını və bu sahədə tutduğunuz vəzifəni qeyd edin. Əvvəlki iş yerinizdə hansı məhsul kateqoriyaları üzrə satınalma və təchizat prosesini həyata keçirmisiniz? Məsələn: inşaat materialları, elektrik avadanlıqları, santexnika, təsərrüfat malları və s. B2B təchizat şirkətində iş təcrübəniz varmı? Korporativ müştərilərdən daxil olan sorğuların araşdırılması, təchizatçıların tapılması və qiymət təkliflərinin hazırlanması ilə məşğul olmusunuzmu? Eyni vaxtda bir neçə fərqli müştərinin və müxtəlif məhsul kateqoriyalarının sifarişlərini idarə etmək təcrübəniz varmı? Varsa, bu prosesi necə təşkil etdiyinizi qısaca qeyd edin. Bu vəzifə üzrə gözlədiyiniz aylıq əməkhaqqı nə qədərdir? Məbləği AZN ilə qeyd edin. Təchizatçıdan alınan qiymətin yüksək olduğunu müəyyən etdikdə, daha sərfəli qiymət əldə etmək üçün hansı addımları atırsınız? Qısa olaraq yanaşmanızı və təcrübənizi izah edin. Yuxarıda göstərilən suallara cavab vermək müraciətin ilkin qiymətləndirilməsi üçün vacibdir. Xahiş edirik, CV ilə birlikdə bütün suallara cavablarınızı da göndərin. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Satınalma və Təchizat üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.