Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bio Estetik MMC

Xarici satınalma üzrə kiçik mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının yaradılması; Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; Təchizatçılarla yazışmaların aparılması və danışıqların həyata keçirilməsi; Məhsullarla bağlı kataloq, qiymət və texniki göstəricilər üzrə məlumatların əldə edilməsi; Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənməsi; Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstək verilməsi; Mövcud təchizatçı əlaqələrinin idarə olunması və koordinasiyası. Namizədə tələblər Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi; İngilis dili biliyi mütləqdir; Rus dili biliyi mütləqdir; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət, danışıqlar aparmaq və araşdırma aparmaq bacarığı; Məsuliyyətli, diqqətli və analitik düşüncəyə malik olmaq; Öyrənməyə və peşəkar inkişafa maraqlı olmaq. Biz nə təklif edirik? Satınalma proseslərinin və şirkətin daxili satınalma qaydalarının öyrənilməsi; Satınalma və təchizat zəncirinin idarə olunması üzrə praktiki təcrübə; Peşəkar və inkişaf yönümlü iş mühiti; Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı. İş şəraiti İş yeri: Bakı, ofisdaxili; İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00, Şənbə 10:00 – 18:00; Əməkhaqqı: Razılaşma yolu ilə. Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində "Xarici Satınalma üzrə Kiçik Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.