Vakansiya haqqında
Təsvir
Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis texniki tələblərin dəqiq təhlili, uyğun vendorların müəyyənləşdirilməsi, təchizatçılarla danışıqların aparılması və satınalma prosesinin başlanğıcdan sonadək səmərəli idarə olunmasına cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
Yerli və beynəlxalq bazarların araşdırılması, uyğun vendor və təchizatçıların seçilməsi;
Son istifadəçi ilə texniki razılaşmaların aparılması, PR-ların düzgün təhlil edilməsi və uyğun vendorlara yönləndirilməsi;
Təchizatçılarla danışıqlarda iştirak, müqavilə və satınalma sifarişlərinin (PO) hazırlanması;
Satınalma planının müəyyən edilmiş qrafikə uyğun icrasının təmin edilməsi;
Sahəyə baxışların keçirilməsi, texniki görüşlərdə iştirak;
Alternativ, sərfəli və keyfiyyət tələblərinə cavab verən həllərin təklif edilməsi;
SAP sistemində satınalma sənədlərinin hazırlanması;
Tələblər
Ali təhsil: müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil mütləqdir;
Dil bilikləri: ingilis və rus dillərində səlis danışıq;
Təcrübə: minimum 3 il;
Xüsusi tələblər
Analitik düşüncə və problem həll etmə bacarığı;
Stresə davamlılıq;
Kritik işlərdə çevik qərarvermə və davranış;
İT bilikləri: MS Office və digər proqramlar üzrə bacarıq;
Təlim və sertifikatlar: CIPS arzuolunandır, həmçinin digər oxşar sertifikatlar;
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Nahar təminatı;
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
