Vakansiya haqqında
Şöbə: Texniki Ofis
Tabelik: Texniki Ofis Rəhbəri
İş rejimi: Bazar ertəsi – Cümə
Vəzifənin məqsədi
Şirkət
tərəfindən icra olunan tenderlərdə və mövcud layihələrdə texniki və
smeta-qiymətləndirmə işlərini yüksək dəqiqliklə aparmaq, layihələrin büdcə,
resurs və icra qrafiklərinə uyğun olaraq texniki ofisdən idarə olunmasına
dəstək vermək, sahə ilə sənədləşmə axınını tənzimləmək və hədəflənən nəticələrin
əldə olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri
Tender
və cari layihələr üzrə layihə sənədlərini və çertyojları analiz edərək iş
həcmlərini (BoQ) və ilkin smetaları hazırlamaq.
Layihələrdə
istifadə olunacaq material, işçilik və texniki resurs tələbatını öncədən
proqnozlaşdırmaq, planlamaq və hədəf büdcəyə uyğunluğunu nəzarətdə
saxlamaq.
Materialların
faktiki sərfiyyatı ilə layihə normalarını müqayisəli şəkildə təhlil etmək
və limitlərin qorunmasını təmin etmək.
Tikinti
texnologiyasına uyğun olaraq işlərin tətbiq ardıcıllığını müəyyən etmək və
İşlərin İcra Metodologiyasını (Method Statement / MOS) hazırlamaq.
Aylıq
iş icrası aktlarını (IPC / Forma 2), Forma 3 və materialların silinməsi sənədlərini
(Forma M-29) vaxtında tərtib edib təsdiqə təqdim etmək.
Subpodratçıların
və təchizatçıların təqdim etdiyi qiymət təkliflərini, smetaları və yerinə
yetirilmiş iş aktlarını yoxlamaq, sahə üzrə faktiki həcmlərlə uzlaşdırmaq.
Layihə
gedişatında baş verən dəyişiklikləri (Variation Order) izləmək, əlavə iş həcmlərini
və onların maliyyə-texniki əsaslandırmasını hazırlamaq.
Sahə
mühəndisləri və əlaqədar departamentlərlə sıx koordinasiyada işləyərək
texniki sualların operativ həll olunmasını və işlərin qrafikə uyğun irəliləməsini
təmin etmək.
Layihələrin
cari vəziyyəti, icra faizləri, resurs və smeta xərcləri üzrə dövri (həftəlik/aylıq)
hesabatları hazırlayıb Texniki Ofis Rəhbərinə təqdim etmək.
Tələblər
İnşaat
Mühəndisliyi üzrə ali təhsil.
Tikinti
sektorunda Texniki Ofis Mühəndisi kimi minimum 3–5 il iş təcrübəsi.
Layihələr
əsasında iş həcmlərinin və smetaların peşəkar səviyyədə çıxarılması
bacarığı.
Tikinti
konstruksiyalarını, işlərin texnoloji ardıcıllığını dəqiq analiz etmək və
İşlərin İcra Metodologiyasını (MOS) tətbiq etmək təcrübəsi.
AutoCAD
proqramında çizimləri sərbəst oxumaq və həcm hesablamaq bacarığı.
MS
Excel proqramında mürəkkəb smeta cədvəlləri, düsturlar və hesabat
formaları ilə yüksək səviyyədə işləmək bacarığı.
MS
Project və ya Primavera P6 üzrə ümumi planlama və analitika bilikləri.
Forma
2, Forma 3, M-29 və IPC (Progress Payment) sənədləşmə prosedurlarını mükəmməl
səviyyədə bilmək.
Yüksək
punktuallıq, vaxtın idarə olunması və tapşırıqları müəyyən edilmiş son
tarixlərə (deadline) tam uyğun şəkildə təhvil vermək vərdişi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
