Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ONE SOLUTION MMC

Texniki Ofis Mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Sahə tərəfindən yazılan material tələb formalarının uyğunluğunu yoxlamaq, sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək; Müəyyən edilmiş material, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq, işin gedişatını nəzarətdə saxlamaq, Layihə xərclərinin mütəmadi yoxlanılmasını icra etmək; Tikinti aparılan sahələri mütəmadi yoxlamaq və çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək; Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək; Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək; Tikintisi başa çatmış obyektlərə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazimi sənədlərin təqdim edilməsi; Tikinti layihələri üzrə texniki sənədlərin hazırlanması və yoxlanılması; Layihə çertyojlarının və texniki spesifikasiyaların təhlili; Görülən işlərin həcmlərinin hesablanması və yoxlanılması; Forma 1, Forma 2 və Forma 3 sənədlərinin hazırlanması və yoxlanılması; Smeta və BOQ sənədlərinin təhlili; İcra sənədlərinin (As-Built), aktların və hesabatların hazırlanması; Tikinti işlərinin layihə sənədlərinə uyğunluğunun yoxlanılması; Sifarişçi və podratçı ilə texniki sənədləşmə üzrə koordinasiyanın aparılması. Əməkhaqqı məbləği: Müsahibə əsasında. Həftənin iş günləri: Həftədə 6 gün Ünvan: Bakı şəhəri. Tələblər Cins: Kişi ; Yaş: 25 - 45 yaş aralığında; İş təcrübəsi müddəti: Minimum 3-5 il; Təhsil: Müvafiq sahə üzrə ali təhsil ; Digər tələblər: Tikinti çertyojlarını oxumaq və normativlərlə iş həcmlərini hesablamaq bacarığı; MS Office Excel və Autocad proqramlarını yaxşı səviyyədə bilmək; Smeta, BOQ və icra sənədləri ilə işləmək bacarığı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.