Vakansiya haqqında
Struktur bölmə:Satış departamenti
– Strateji satış şöbəsi
Vəzifə
öhdəlikləri:
Cəmiyyət üçün strateji əhəmiyyət daşıyan iri
holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar üzrə satış imkanlarını müəyyən etmək və inkişaf
etdirmək;
Yüksək büdcəli,
yüksək sığorta tutumlu, kompleks və xüsusi risklər üzrə sığorta həllərinin hazırlanması və satış prosesinin aparıcı
koordinasiyasını həyata keçirmək;
Strateji müştərilərin biznes və risk ehtiyaclarını dərindən təhlil etmək, fərdi
sığorta proqramları və uzunmüddətli əməkdaşlıq təklifləri hazırlamaq;
Müştərilərlə danışıqlar aparmaq, kommersiya şərtlərinin
razılaşdırılması və müqavilələrin bağlanması prosesində iştirak etmək;
Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim
edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında
yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf
etdirilməsi;
Debitor
borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin
olunması;
Strateji satış
nəticələrini və portfel göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış təklif və hesabatlar təqdim
etmək.
Namizədə
olan tələblər:
Ali
təhsil;
İş təcrübəsi:
sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi
ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də
işləmək bacarığı;
Yüksək
kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük;
Mürəkkəb
müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə
təcrübə.
İş şərtləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
İş
vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri,Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün
imkanlar;
Peşəkar komandada
işləmək imkanı;
Tibbi
sığorta təminatı;
Push30.az
xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış
üzrə baş mütəxəssis” qeyd etməklə CV-niziMüraciət etdüyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun
gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
