Vakansiya haqqında
Struktur bölmə: Satış departamenti – Korporativ satış şöbəsi
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin səmərəli şəkildə idarə olunması;
Korporativ müştərilərin fəaliyyət sahəsinin, sığorta ehtiyaclarının və risk xüsusiyyətlərinin təhlil edilməsi, onların tələblərinə uyğun kompleks və fərdi sığorta həllərinin hazırlanmasının koordinasiyası;
Korporativ müştərilərin işçi heyətinə və əmlaklarına çarpaz satış imkanlarının təşkili və bu istiqamətdə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın təmin edilməsi;
Mürəkkəb və yüksək riskli sığorta təkliflərinin hazırlanması zamanı Anderraytinq və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi;
Özünün cəlb etdiyi və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə daimi əlaqənin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, ehtiyacların müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarət edilməsi;
Korporativ satış proseslərinin təkmilləşdirilməsi, yeni müştəri cəlbi və mövcud portfelin genişləndirilməsi istiqamətində təşəbbüslərin irəli sürülməsi.
Namizədə olan tələblər
Ali təhsil;
Sığorta, satış və ya korporativ müştərilərlə iş üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yazılı və şifahi yüksək ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
Güclü kommunikasiya, təqdimat, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
İri korporativ müştəri portfelinin müstəqil idarə edilməsi, mürəkkəb kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə;
Kompleks sığorta təkliflərinin hazırlanması və satış nəticələrinin təhlili bacarığı.
İş şərtləri
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək, cümə günü 17:00-dək;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştəsi, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar
Karyera və peşəkar inkişaf üçün imkanlar;
Peşəkar komandada işləmək imkanı;
Tibbi sığorta təminatı;
Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
