Vakansiya haqqında
Struktur bölmə: Satış departamenti – Strateji satış şöbəsi
Vəzifə öhdəlikləri
Cəmiyyət üçün strateji əhəmiyyət daşıyan iri holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar üzrə satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək;
Yüksək büdcəli, yüksək sığorta tutumlu, kompleks və xüsusi risklər üzrə sığorta həllərinin hazırlanması və satış prosesinin əsas koordinasiyasını həyata keçirmək;
Strateji müştərilərin biznes və risk ehtiyaclarını dərindən təhlil etmək, fərdi sığorta proqramları və uzunmüddətli əməkdaşlıq təklifləri hazırlamaq;
Müştərilərlə danışıqlar aparmaq, kommersiya şərtlərinin razılaşdırılması və müqavilələrin bağlanması prosesində iştirak etmək;
Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqə saxlamaq, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsini təmin etmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək və əlavə satış imkanlarını inkişaf etdirmək;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək;
Strateji satış nəticələrini və portfel göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış təklif və hesabatlar təqdim etmək.
Namizədə tələblər
Ali təhsil;
Sığorta, satış və ya biznesin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
Güclü kommunikasiya, təqdimat, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
Mürəkkəb müştəri portfeli və satış proseslərini müstəqil idarə etmək, danışıqlar aparmaq və nəticələri təhlil etmək təcrübəsi.
İş şərtləri
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştəsinə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar
Karyera və peşəkar inkişaf üçün imkanlar;
Peşəkar komandada işləmək imkanı;
Tibbi sığorta təminatı;
Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində göstərilən e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
