Vakansiya haqqında
FinOps (AZFINOPS TECH MMC) Azərbaycan biznesi üçün bulud ERP sistemidir. Anbar, ticarət, maliyyə, kassa və hesabatlar bir platformada birləşir; marketpleys, bank və e-kassa sistemləri ilə inteqrasiya olunur. Məhsul abunə modeli ilə pərakəndə, topdansatış, distribusiya və xidmət şirkətlərinə satılır.
Komandamıza FinOps-u B2B müştərilərə satacaq, demo keçirəcək və müqavilə bağlayacaq satış mütəxəssisi axtarırıq.
Əsas vəzifələr:
• Potensial müştərilərle görüş təyin etmək (mağaza, anbar, marketpleys satıcıları, xidmət şirkətləri)
• Onlayn və üzbəüz demo keçirmək, məhsulu sadə dillə təqdim etmək
• Uyğun planı seçmək, kommersiya təklifi hazırlamaq və satışı bağlamaq
• Müqavilə imzalandıqdan sonra müştərini quraşdırma komandasına təhvil vermək
• Bütün zəng, görüş və satış mərhələlərini CRM-də qeyd etmək
• Aylıq satış planını icra etmək və hesabat vermək
Namizədə tələblər
B2B satış sahəsində minimum 1 il təcrübə (İT, SaaS, bank və ya maliyyə xidmətləri üstünlükdür).
Güclü ünsiyyət, təqdimat və danışıq bacarığı.
MS Excel / Google Sheets və CRM ilə işləmə bacarığı.
Yeni proqramı tez öyrənib müştəriyə sadə dillə izah etmək bacarığı.
Azərbaycan dili — sərbəst; rus dili — üstünlükdür.
Bakı daxilində müştəri görüşlərinə çıxmağa hazır olmaq.
Üstünlük sayılır
ERP, CRM, kassa/POS və ya SaaS məhsulu satışı təcrübəsi.
Anbar uçotu, qaimə və e-kassa barədə ümumi bilik.
Hazır müştəri və ya tərəfdaş şəbəkəsi.
İş şəraiti:
• İş yeri: Kovaa Plaza, Bakı (ofis + müştəri görüşləri)
• Qrafik: həftə içi 09:00–18:00
• Rəsmiləşdirmə: Əmək Məcəlləsinə uyğun
• Korporativ nömrə, məhsul və satış təlimi
• Əmək haqqı: 600–1200 AZN (net) — təcrübəyə görə
• Bonus: bağlanan müqavilədən faiz + plan icrasına görə mükafat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
