Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət prosesində iştirak etmək;
İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasının təşkili işinə dəstək vermək;
Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması ilə bağlı tədbirlərdə digər xidmət əməkdaşlarına yardım etmək;
İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, müvafiq hesabatlar hazırlamaq;
Subpodratçıların əməyin mühafizəsi tələblərinə riayət etməsinə nəzarət etmək;
Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirlərin icrasında köməklik göstərmək;
Fərdi mühafizə vasitələrinin və təhlükəsizlik nişanlarının təmin olunması üçün birbaşa rəhbərinə müraciət etmək;
Xidmətə aid sənədlərin hazırlanmasını həyata keçirmək.
Namizədə tələblər:
Mühəndislik ixtisası üzrə ali təhsil və müvafiq sertifikat, yaxud Fövqəladə Hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə ali təhsil;
Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi, tikinti sahəsində təcrübə üstünlükdür;
Əmək qanunvericiliyi və HSE standartları barədə biliklər;
Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
İş şəraiti:
İş yeri: Bakı, Zığ qəs.;
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 600 - 800 AZN.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə kiçik mühəndis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
