Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Capital Construction →

SƏTƏM üzrə kiçik mühəndis

600 - 800 AZN

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət edilməsində iştirak etmək; İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etməsində iştirak etmək; Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görməsində digər xidmət işçilərinə köməklik etmək; İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq; Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək; Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri icrasında yardımçı olmaq; Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının təminatı üçün birbaşa rəhbərinə müraciət etmək; Xidmətiə aid sənədlərin tərtibatını icra etmək. Tələblər Mühəndislik ixtisası üzrə ali təhsil və müvafiq sertifikat və ya Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil; Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi (tikinti sahəsində üstünlük); Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər; Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı. İş yeri: Bakı, Zığ qəs. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 600 - 800 AZN

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.