Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzerGold

SƏTƏM üzrə aparıcı mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr SƏTƏM Siyasət və Prosedurların hazırlanması: Cəmiyyətin SƏTƏM siyasət, prosedur və təlimatlarının hazırlanması, yenilənməsi və tətbiqi prosesində iştirak etmək. Audit və Təftişlərin İcrası: İstehsalat sahələrində SƏTƏM üzrə audit, monitorinq və təftişlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq və onların aradan qaldırılması üzrə görülən tədbirləri izləmək. Təlim və Orientasiya: İşçilər və podratçılar üçün SƏTƏM üzrə təlim, məlumatlandırma və orientasiya tədbirlərinin təşkilində iştirak etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək. Hadisə Təhqiqatları: Qəza, insident və təhlükəli hadisələrin araşdırılması, səbəblərinin müəyyən edilməsi və hesabatların hazırlanmasında iştirak etmək. Uyğunluğun Monitorinqi: Cəmiyyətin fəaliyyətinin qüvvədə olan SƏTƏM qanunvericiliyinin və daxili normativ sənədlərin tələblərinə uyğunluğunun monitorinqində iştirak etmək. SƏTƏM göstəricilərinin monitorinqi: SƏTƏM üzrə fəaliyyət göstəricilərinin toplanması, təhlili və hesabatların hazırlanmasına dəstək vermək. Sənədləşdirmə və Hesabat: SƏTƏM üzrə sənədlərin, qeydiyyatların və hesabatların müəyyən edilmiş qaydada hazırlanmasını və aktuallığının qorunmasını təmin etmək. Fövqəladə Hallara Cavab: Fövqəladə hallara hazırlıq tədbirlərinin, təlimlərin və məşqlərin təşkili və keçirilməsində iştirak etmək. SƏTƏM Görüşləri və Kommunikasiya: Əməliyyat bölmələri və podratçılarla keçirilən SƏTƏM görüşlərində iştirak etmək, təhlükəsizliklə bağlı məlumatların paylaşılmasını təmin etmək Riskin Qiymətləndirilməsi və İdarə Edilməsi: İş yerlərində təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və risklərin azaldılması tədbirlərinin hazırlanması və icrasında iştirak etmək. Podratçı və Təchizatçı İdarəetməsi: Podratçı və təchizatçıların SƏTƏM tələblərinə əməl etməsinin monitorinqində iştirak etmək. Sifariş və Büdcə Dəstəyi: SƏTƏM fəaliyyəti ilə bağlı sifarişlərin, məlumatların və digər aidiyyəti sənədlərin hazırlanmasına dəstək vermək. Tənzimləyici Əlaqələr: Dövlət qurumlarına və digər aidiyyəti təşkilatlara təqdim edilən SƏTƏM məlumat və hesabatlarının hazırlanmasında iştirak etmək. İş yerlərinin atesstasiyasının təşkili: Cəmiyyətin iş yerlərinin attestasiyası ilə bağlı təşkilati və koordinasiya işlərində, eləcə də tədbirlər planlarının icrasının izlənilməsində iştirak etmək. Giriş təlimatının keçirilməsi: Yeni işçilər, podratçılar, təcrübəçilər və qonaqlar üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə giriş təlimatlarını keçirmək. Biliklərin yoxlanılması: Səlahiyyətləri çərçivəsində işçilərin SƏTƏM və yanğın təhlükəsizliyi sahəsində biliklərinin yoxlanılmasının təşkili və keçirilməsində iştirak etmək. Tələblər Azərbaycan dili səlis, rus və ingilis dilləri orta; MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə bilməli; Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır; ISO 45001 - 2018 Beynəlxalq Standartlarının tələblərini bilməlidir; Elektron sənəd dövriyyəsi və məlumat bazaları ilə işləmə təcrübəsi olmalı; Yüksək səviyyədə hesabat hazırlama və analitik düşünmə qabiliyyəti olmalıdır; SƏTƏM idarəetmə sistemlərinin və proseslərin işlənib hazırlanmasında, kommunikasiya olunması, həyata keçirilməsi və müntəzəm olaraq təkmilləşdirilməsi üzrə təcrübə; Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında anlayış və SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı. Ali təhsil Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.