Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Head Start Career Development

Tərəfdaşlıqların inkişafı üzrə menecer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə haqqında Tərəfdaşlıq əlaqələrinin qurulması, strateji əməkdaşlıq imkanlarının araşdırılması və mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində çalışacaq peşəkar mütəxəssis axtarılır. Əsas vəzifə öhdəlikləri Yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və potensial tərəfdaşların araşdırılması; Dövlət və özəl sektor nümayəndələri, korporativ şirkətlər və digər təşkilatlarla işgüzar əlaqələrin qurulması; Strateji əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsinin koordinasiyası; Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması; Tərəfdaşlıq layihələri üzrə danışıqların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması; Bazarın və sektor üzrə tendensiyaların təhlili, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi; Rəhbərlik üçün hesabatların, təqdimatların və analitik materialların hazırlanması; Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın koordinasiyası və tərəfdaşlıq hədəflərinin icrasının izlənilməsi. Namizədə tələblər Ali təhsil; Rus dilini sərbəst bilmək; İngilis dilini bilmək (B2 səviyyə minimum); Yüksək səviyyədə kommunikasiya və danışıqlar aparmaq bacarığı; Analitik düşüncə və biznes imkanlarını qiymətləndirmək bacarığı; Təqdimat və hesabatların hazırlanması bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük. Üstünlüklər Bank, telekommunikasiya, konsaltinq və digər iri korporativ şirkətlərdə iş təcrübəsi; Strateji tərəfdaşlarla əməkdaşlıq və korporativ layihələrin həyata keçirilməsi təcrübəsi; Müxtəlif maraqlı tərəflərlə iş və mürəkkəb danışıqların aparılması bacarığı. Əməkhaqqı 3400 Azn Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.