Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Gens Elektrik →

Korporativ satış və biznesin inkişafı üzrə menecer

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

GENS Elektrik / Magru Construction şirkəti Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer axtarır. Şirkətimizin korporativ müştəri portfelini genişləndirmək, yeni işgüzar əlaqələr qurmaq və satış nəticələrinin artmasına töhfə vermək istəyən təşəbbüskar, fəal və nəticəyə fokuslanan əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri Yeni korporativ müştərilərin müəyyən edilməsi, cəlb olunması və müştəri bazasının artırılması; Tikinti şirkətləri, podratçılar və digər korporativ tərəfdaşlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Potensial müştərilərlə görüşlərin planlaşdırılması və şirkətin məhsul və xidmətlərinin təqdim olunması; Müştəri ehtiyaclarının təhlili və buna uyğun kommersiya təkliflərinin hazırlanması; Şirkətin satış strategiyasına uyğun satış planlarının icrası; İlkin əlaqədən müqavilənin bağlanmasına və sifarişin yekunlaşmasına qədər satış prosesinin idarə edilməsi; Mövcud müştərilərlə əməkdaşlığın gücləndirilməsi və təkrar satışların artırılması; Müştəri sifarişlərinin izlənməsi və aidiyyəti şöbələrlə koordinasiyanın aparılması; Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər Xanım və bəy namizədlər; Satış sahəsində ən azı 2 il iş təcrübəsi; Korporativ satış (B2B) üzrə praktiki təcrübə; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı; Yeni müştərilərin müstəqil şəkildə axtarışı və cəlbi bacarığı; Satış üsulları, danışıqların aparılması və müştəri münasibətlərinin idarə olunması üzrə biliklər; Kommersiya təkliflərini hazırlamaq və təqdim etmək bacarığı; Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq qabiliyyəti; Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq; Komandada işləmək və müstəqil qərar vermək bacarığı; Peşəkar inkişaf və yeniliklərə açıq olmaq. İş şəraiti və şirkətin təklifləri İş qrafiki: Tam iş günü; İş saatları: 09:00–18:00; İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 185; Aylıq sabit əməkhaqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir); Yüksək satış nəticələrinə bağlı bonus sistemi və əlavə gəlir imkanı; Satış göstəricilərinə uyğun artan motivasiya sistemi; Nəqliyyat və korporativ mobil telefon xərcləri şirkət tərəfindən qarşılanır; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.