Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Santral Elektrik

Korporativ satış üzrə menecer

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Şöbə: Korporativ satış və tender Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və marketinq direktoru Tələblər: Ali təhsil Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilləri arzuolunandır Kompüter bilikləri: MS Office, 1C/ERP, e-poçt və onlayn platformalar Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi Vəzifə öhdəlikləri: Müştəri və satış fəaliyyəti Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək Müqavilə və maliyyə sənədlərinin idarə olunması Şirkətdaxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək Analitik və strateji fəaliyyət Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərə hesabatlar təqdim etmək Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək Daxili qaydalar və etik prinsiplər Müştərinin tələb etdiyi məhsul stokda olmadıqda ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq Açar bacarıqlar: Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək Təklif olunur: Ofis: Dərnəgül, Ziya Bünyadov pr. 2071 5 günlük iş qrafiki, 09:00–18:00 Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaq (bonus – şəxsi və komanda hədəfi ilə) B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır CV-lərinizi "Korporativ satış üzrə menecer" başlığı ilə cv@santral.az ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Korporativ Satış üzrə menecer

Santral

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.