Vakansiya haqqında
Şirkətimiz korporativ satış sahəsində çalışmaq istəyən, ünsiyyətcil, aktiv və nəticəyönümlü xanin namizəd Korporativ Satış Meneceri axtarır.
Vəzifə öhdəlikləri:
* Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
* Şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
* Müştərilərlə görüşlərin keçirilməsi və kommersiya təkliflərinin hazırlanması;
* Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
* Satış planlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
* Yüksək ünsiyyət və təqdimat bacarığı;
* Satış sahəsində təcrübə arzuolunandır;
* Danışıqlar aparmaq və müştəri cəlb etmək bacarığı;
* Məsuliyyətli, təşəbbüskar və işinə ciddi yanaşan olmaq;
* Komanda ilə işləmək bacarığı.
Biz təklif edirik:
* Əməkdaşlıq və karyera inkişafı imkanı;
* Rəqabətədavamlı əməkhaqqı;
* Satış nəticələrinə əsasən bonus sistemi;
* Peşəkar və dinamik iş mühiti.
📩 Müraciət etmək istəyən namizədlər CV-lərini şəxsi mesaja göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
