Vakansiya haqqında
GENS Elektrik / Magru Construction şirkəti Korporativ Satış və Biznesin İnkişafı üzrə
Menecer axtarır!
Biz şirkətimizin korporativ müştəri bazasını genişləndirəcək, yeni əməkdaşlıq imkanları
yaradacaq və satış həcminin artırılmasına töhfə verəcək təşəbbüskar, aktiv və nəticəyönümlü əməkdaş
axtarırıq.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin axtarışı, cəlb edilməsi və müştəri bazasının
genişləndirilməsi;
Tikinti şirkətləri, podratçılar və digər korporativ
müştərilərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Potensial müştərilərlə görüşlərin təşkili və şirkətin məhsul və xidmətlərinin təqdim
edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun
kommersiya təkliflərinin hazırlanması;
Şirkətin satış strategiyasına
uyğun olaraq müəyyən edilmiş satış planlarının yerinə yetirilməsi;
Satış
prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına və sifarişin tamamlanmasına qədər idarə
edilməsi;
Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və təkrar
satışların artırılması;
Müştəri sifarişlərinin izlənilməsi və aidiyyəti
şöbələrlə koordinasiyası;
Satış nəticələrinin təhlili, hesabatların
hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Namizədə tələblər
Xanım və bəy namizədlər;
Satış sahəsində
minimum 2 il iş təcrübəsi;
Korporativ satış (B2B) sahəsində praktiki
təcrübə;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma
bacarığı;
Yeni müştərilərin müstəqil şəkildə axtarılması və cəlb edilməsi
bacarığı;
Satış texnikaları, danışıqların aparılması və müştəri
münasibətlərinin idarə edilməsi üzrə biliklər;
Kommersiya təkliflərinin
hazırlanması və təqdim edilməsi bacarığı;
Analitik düşüncə, planlaşdırma
və təşkilatçılıq qabiliyyəti;
Yüksək ünsiyyət, təqdimat və inandırma
bacarığı;
Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü
olmaq;
Komandada işləmək və müstəqil qərar qəbul etmək
bacarığı;
Peşəkar inkişafa və yeniliklərə açıq olmaq.
İş şəraiti və şirkətin təklifləri
İş qrafiki: Tam iş günü;
İş saatları:
09:00–18:00;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
185;
Aylıq sabit əməkhaqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə
uyğun olaraq müəyyən edilir);
Yüksək satış nəticələrinə əsaslanan yüksək
bonus sistemi və əlavə qazanc imkanı;
Satış göstəricilərinə uyğun artan
motivasiya sistemi;
Nəqliyyat və korporativ mobil telefon xərcləri şirkət
tərəfindən qarşılanır;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq
imkanları.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satış və Biznesin
İnkişafı üzrə Menecer” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Qeyd:Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
