Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Gens Elektrik →

Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer

600 - 800 AZN

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Yeni korporativ müştərilərin axtarışı, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Tikinti şirkətləri, podratçılar və digər korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Potensial müştərilərlə görüşlərin təşkili və şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması; Şirkətin satış strategiyasına uyğun olaraq müəyyən edilmiş satış planlarının yerinə yetirilməsi; Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına və sifarişin tamamlanmasına qədər idarə edilməsi; Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və təkrar satışların artırılması; Müştəri sifarişlərinin izlənilməsi və aidiyyəti şöbələrlə koordinasiyası; Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Tələblər Xanım və bəy namizədlər; Satış sahəsində minimum 2 il iş təcrübəsi; Korporativ satış (B2B) sahəsində praktiki təcrübə; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı; Yeni müştərilərin müstəqil şəkildə axtarılması və cəlb edilməsi bacarığı; Satış texnikaları, danışıqların aparılması və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi bacarığı; Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq qabiliyyəti; Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı; Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq; Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı; Peşəkar inkişafa və yeniliklərə açıq olmaq. İş qrafiki: Tam iş günü; İş saatları: 09:00–18:00; İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 185; Aylıq sabit əməkhaqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir); Yüksək satış nəticələrinə əsaslanan yüksək bonus sistemi və əlavə qazanc imkanı; Satış göstəricilərinə uyğun artan motivasiya sistemi; Nəqliyyat və korporativ mobil telefon xərcləri şirkət tərəfindən qarşılanır; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.