Vakansiya haqqında
Təsvir
Rəqəmsal dələduzluğun qarşısının alınması sistemlərinin (Fraud Management Systems)
gündəlik idarə edilməsini, fasiləsiz fəaliyyətini, dayanıqlılığını və texniki performansını təmin
etmək;
Mövcud və yeni rəqəmsal kanalların və ya xidmətlərin Fraud
Management sistemləri ilə inteqrasiyasını planlaşdırmaq, biznes və texniki tələbləri müəyyən etmək və icrasını
koordinasiya etmək;
Yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən
əvvəl dələduzluq riskləri üzrə məlumat axınlarının xəritələndirilməsini (mapping), inteqrasiya və test proseslərinin
tamamlanmasını təmin etmək;
Fraud Management sistemlərinə ötürülən
məlumatların tamlığını, keyfiyyətini və aktuallığını təmin etmək, məlumat zənginləşdirilməsi (data enrichment)
proseslərini idarə etmək;
Sistemlərin funksional və texnoloji
boşluqlarını müəyyən etmək, mövcud imkanlardan maksimum istifadəni və sistemlərin davamlı təkmilləşdirilməsini,
habelə vendor dəstək serviceləri ilə layihələrin aparılmasını təmin etmək;
Tranzaksiya və sessiya məlumatlarının emalı üzrə sinxron və asinxron prosesləri təhlil etmək,
qərarvermə mexanizmlərinin sürətini, effektivliyini və izləniləbilənliyini təmin etmək;
Dələduzluq risklərinə qarşı preventiv tədbirlərin (bloklama, məhdudlaşdırma, əlavə
autentifikasiya və s.) vahid mərkəzdən idarə edilməsini və avtomatlaşdırılmasını təmin etmək;
Fraud Management sistemlərinin işləkliyini təmin edən komponentləri, servisləri və texnoloji
asılılıqları müəyyən etmək, onların monitorinqini və dayanıqlılığını təmin etmək;
Sistem nasazlıqları, fasilələr və performans problemlərindən irəli gələn əməliyyat və maliyyə
risklərini qiymətləndirmək, onların qarşısının alınması və operativ bərpası üzrə tədbirləri koordinasiya
etmək;
Biznes, mühəndislik, informasiya təhlükəsizliyi və digər aidiyyəti
struktur bölmələrlə əməkdaşlığı təmin etmək, texniki asılılıqların azaldılması və proseslərin optimallaşdırılması
üzrə təşəbbüslər irəli sürmək;
Fraud Management sistemləri üzrə biznes və
texniki sahiblik (system ownership) çərçivəsində dəyişikliklərin, yenilənmələrin, inteqrasiyaların və inkişaf
təşəbbüslərinin idarə edilməsini və əlaqələndirilməsini təmin etmək;
Sistemlərin fəaliyyət göstəricilərini, qərarvermə performansını və preventiv mexanizmlərin
effektivliyini izləmək, davamlı təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyən etmək;
Fraud Management sistemlərində tətbiq edilən texnoloji və əməliyyat nəzarətlərinin Bankın risk
iştahası, daxili siyasətləri və müvafiq tənzimləyici tələblərlə uyğunluğunu təmin etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə
üzrə bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya
digər əlaqəli sahə üzrə minimum 5, Frod idarəedilməsi sahəsində 2 il iş təcrübəsi;
Xarici dillər: İngilis(yaxşı);
Kompüter bilikləri:
Fraud Management sistemləri, SQL və verilənlər bazaları, Linux administrasiyası, API inteqrasiyaları və məlumat
axınları, mobil tətbiqlərin təhlükəsizliyi (Device Fingerprinting, RASP, Session Security), mikroservis
arxitekturası, sistem monitorinqi və log analizi, məlumat analitikası;
Məhsul üzrə biliklər: Rəqəmsal bankçılıq məhsulları və xidmətləri, ödəniş sistemləri və
tranzaksiya axınları, Fraud Management və Sessional Fraud Prevention həlləri, rəqəmsal kanallar üzrə autentifikasiya
və təhlükəsizlik mexanizmləri, dələduzluq risklərinin qiymətləndirilməsi və preventiv nəzarət
mexanizmləri.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
