Vakansiya haqqında
Bu rolda kart əməliyyatlarının və partnyor fəaliyyətinin monitorinqini həyata keçirərək rəqəmsal dələduzluq risklərinin vaxtında aşkarlanmasına və qarşısının alınmasına töhfə verəcəksən. Şübhəli əməliyyatların araşdırılması, partnyorların risk səviyyəsinin qiymətləndirilməsi və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə ekosistemin ödəniş xidmətlərinin etibarlılığının artırılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
Bank, ödəniş sistemləri və ya maliyyə sektorunda Fraud Risk, Fraud Monitoring və ya Risk Management sahəsində minimum 2-3 il iş təcrübəsi;
Partnyorların (Merchant) cəlb olunması (onboarding), risk qiymətləndirilməsi və davamlı monitorinqi üzrə bilik və ya təcrübə;
POS və E-commerce terminallarının iş prinsipləri, əməliyyat limitləri və parametrləri üzrə biliklər;
3D Secure (3DS), Card-on-File, Recurring və Card-Not-Present əməliyyatları üzrə biliklər;
Kart əməliyyatlarının həcmi, tezliyi və məbləğləri üzrə məlumatların təhlili bacarığı;
Fraud, chargeback və dispute hallarının araşdırılması və risklərin müəyyən edilməsi bacarığı;
Şübhəli partnyor fəaliyyətini, qeyri-adi əməliyyatları və potensial dələduzluq sxemlərini müəyyən etmək bacarığı;
Visa və Mastercard ödəniş sistemlərinin qaydaları və risk mexanizmləri üzrə biliklər;
MS Excel proqramında məlumatların təhlili bacarığı;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Problem həlletmə bacarığı və nəticəyönümlülük;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
Sahiblənmə və məsuliyyət hissi;
SQL bilikləri üstünlükdür;
Visa Risk Manager, Mastercard risk alətləri və digər fraud monitorinq sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Merchant Fraud və Transaction Laundering riskləri üzrə biliklər üstünlükdür.
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Partnyorların (Merchant) fəaliyyətini və kart əməliyyatlarını monitorinq etmək, potensial dələduzluq risklərini müəyyənləşdirmək;
Yeni partnyorların risk qiymətləndirilməsində iştirak etmək və mövcud partnyorlar üzrə davamlı monitorinq aparmaq;
POS və E-commerce terminallarının əməliyyat göstəricilərini, limitlərini və parametrlərini izləmək;
Kart əməliyyatlarının həcmini, tezliyini və məbləğlərini təhlil edərək qeyri-adi əməliyyat davranışlarını aşkar etmək;
Şübhəli əməliyyatları, fraud, chargeback və dispute hallarını araşdırmaq və riskləri qiymətləndirmək;
3D Secure, Card-on-File, Recurring və Card-Not-Present əməliyyatları üzrə potensial riskləri müəyyən etmək;
Visa və Mastercard ödəniş sistemlərinin qaydalarına uyğun risk monitorinqini həyata keçirmək;
Aşkar edilmiş risklərin azaldılması və dələduzluq hallarının qarşısının alınması üçün təkliflər hazırlamaq;
Monitorinq proseslərinin və mövcud risk nəzarəti mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
