Vakansiya haqqında
Müştəri müraciətlərini müxtəlif kanallar vasitəsilə operativ şəkildə cavablandıraraq düzgün və dolğun məlumat təqdim edərək, müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olursunuz. Şikayətləri qeydə alaraq, uyğun şöbələrə yönləndirir və kampaniyalar, ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırırsınız.
Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti;
Müştərilərlə səlis və aydın ünsiyyət qurmaq bacarığı;
MS Ofis proqramlarından sərbəst istifadə bacarığı;
Növbəli iş qrafiki və komandada işləmək qabiliyyəti;
Klaviaturada sürətli çap etmək bacarığı.
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Müştərilərdən daxil olan sual və müraciətləri operativ şəkildə qiymətləndirərək düzgün həll yolları təqdim etmək və müştəri məmnuniyyətini təmin etmək;
Facebook, Instagram, çat, e-mail və digər platformalar vasitəsilə daxil olan müştəri müraciətlərini operativ cavablandırmaq, düzgün və tam məlumat təqdim etmək;
Müştərilərə təqdim olunan xidmət və məhsullar barədə ətraflı və aydın məlumat vermək, onların düzgün qərar verməsinə dəstək olmaq;
Cari kampaniyalar, endirimlər və xüsusi təkliflər barədə müştərilərə ətraflı məlumat vermək və onların bu fürsətlərdən faydalanmasına yardımçı olmaq;
Daxili kredit, hissəli ödəniş və digər ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırmaq və bu proseslərdə dəstək olmaq;
Müştəri şikayətlərinin qeydə alınması və lazımi şöbələrə yönləndirilməsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
