Vakansiya haqqında
Vəzifə funksiyaları
-Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir;
-Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir;
-Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir;
-Proqramların texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir;
-Verilənlər bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək verir;
-Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması və yenilənməsi işlərində iştirak edir;
-Məlumat bazası strukturuna (cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır;
-Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak edir;
-İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar təqdim edir.
Yumşaq bacarıqlar
Məsuliyyət
Təşəbbüskarlıq
Aktivlik (enerji, cəldlilik)
Analitik düşünmə qabiliyyəti
Şəxsi inkişaf
Texniki səriştəliklər
Oracle SQL
PL SQL
Dil biliyi
Azərbaycan - Mükəmməl
İngilis - Orta
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
