Vakansiya haqqında
Kontakt Home komandamıza peşəkar və məsuliyyətli əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Onlayn sifariş bölməsinə daxil olan komandaların işinin səmərəli idarə olunmasını, vəzifə bölgüsünü və əməliyyat proseslərinin fasiləsiz davam etməsini təmin etmək;
İş qaydalarını, prosedurları, iş qrafiklərini və FAQ sənədlərini hazırlamaq, yeniləmək və icrasına nəzarət etmək;
Əməkdaşlarla fərdi və qrup görüşləri təşkil etmək, fəaliyyət nəticələrini dəyərləndirmək və iş keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək;
Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək üçün təlim və inkişaf proqramları təşkil etmək;
Komandalar üzrə aylıq hesabatlar hazırlamaq, əsas fəaliyyət göstəricilərini (KPI) izləmək, nəticələri təhlil etmək və müəyyən olunmuş hədəflərə çatılmasını təmin etmək;
Komandalar üzrə satış bonuslarını müəyyən edilmiş qaydalara əsasən hesablamaq və nəticələrin düzgünlüyünə nəzarət etmək;
Sifarişlərin emalı, müştərilərlə əlaqə, sifarişlərin təsdiqi və digər əməliyyat proseslərinin effektivliyini izləmək, yaranan problemləri araşdırmaq və operativ həllini təmin etmək;
Müştəri müraciətlərini, şikayətlərini, əməkdaş rəylərini və əməliyyat göstəricilərini təhlil edərək xidmət keyfiyyətinin artırılması və satış nəticələrinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
İstifadə olunan informasiya sistemləri və platformalarda yaranan texniki və funksional problemləri araşdırmaq, müvafiq İT komandaları və platforma təmsilçiləri ilə koordinasiyanı təmin etmək;
Əməliyyat proseslərində səmərəliliyi artırmaq, təkrarlanan problemləri aradan qaldırmaq və iş axınlarını optimallaşdırmaq üçün təşəbbüslər irəli sürmək;
İş yükünü, sifariş həcmini və xidmət səviyyəsini təhlil edərək əməkdaş resurslarının düzgün planlaşdırılmasını və səmərəli istifadəsini təmin etmək;
Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlığı və proseslər üzrə effektiv koordinasiyanı təmin etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər
Ali təhsil: idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə;
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
İdarəetmə sahəsində, xüsusilə satış, müştəri xidmətləri, e-commerce və ya əməliyyatların idarə olunması istiqamətində minimum 3 il iş təcrübəsi;
Komanda idarəetməsi və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üzrə təcrübə;
Əməliyyat proseslərinin təşkili, optimallaşdırılması və iş qaydalarının hazırlanması üzrə bacarıqlar;
KPI-ların müəyyən edilməsi, izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili üzrə təcrübə;
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
Microsoft Office proqramlarında yüksək səviyyədə biliklər, Power BI bilikləri üstünlükdür;
Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
Eyni vaxtda bir neçə prosesi idarə etmək, prioritetləri müəyyənləşdirmək və vaxtı səmərəli planlaşdırmaq bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya haqqında
Vakansiya növü: tam ştat
Maraqlanan namizədlər müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
