Vakansiya haqqında
Onlayn satış təmsilçisi vakansiyası üçün Bakı üzrə müştəri müraciətlərini operativ idarə edə bilən namizədlər axtarılır.
Vəzifə öhdəlikləri
Müştərilərdən daxil olan zənglərə, WhatsApp mesajlarına, sosial media və digər onlayn kanallar üzrə müraciətlərə operativ cavab vermək;
Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, stok və çatdırılma şərtləri barədə doğru məlumat təqdim etmək;
Onlayn sifarişləri qəbul etmək, sistemə daxil etmək və sifariş prosesini sona qədər izləmək;
Müştəri ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsulları təklif etmək və əlavə satış imkanları yaratmaq;
Zəng və müraciətlərin CRM sistemində qeydiyyatını aparmaq;
Müştəri şikayət və təkliflərini qəbul etmək, həll üçün aidiyyəti şöbələrə yönləndirmək;
Satış sonrası müştəri əlaqələrini idarə etmək;
Gündəlik satış və müraciət hesabatlarını hazırlamaq;
Tələblər
Yaş həddi: 22-40;
Müştəri xidməti və ya satış sahəsində təcrübə;
Telefonla və yazılı ünsiyyət bacarığı;
Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır;
Kompüterlə işləmə bacarığı;
Sürətli qərarvermə və problem həll etmə bacarığı;
Satış yönümlü və nəticə fokuslu yanaşma;
Üstünlüklər
E-commerce və onlayn satış təcrübəsi;
WhatsApp Business və sosial media mesajlaşma platformaları ilə işləmə bacarığı;
CRM təcrübəsi;
Pərakəndə satış təcrübəsi;
Təklif edilən şərtlər
İş qrafiki: tam iş günü;
6 günlük iş rejimi;
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Karyerada yüksəlmək imkanı;
Əmək haqqı: 500 AZN + satış bonusu, bonuslar yüksəkdir;
Müraciət qaydası
Mövzu hissəsində “Onlayn satış təmsilçisi” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Əlaqə: 055 214 22 63
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
