Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home →

Müştəri təcrübəsi üzrə menecer

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir Mağaza, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis kanalları üzrə müştəri təcrübəsinin qiymətləndirilməsi; Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması, zəif nöqtələrin aşkarlanması və yaxşılaşdırma istiqamətlərinin müəyyən edilməsi; NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin, eləcə də alış etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və icrası; Sorğu anketlərinin tərtibi, hədəf qrupun, seçmə sayının və sorğuların keçiriləcəyi vaxtın müəyyənləşdirilməsi; Müştəri rəyləri, şikayətlər və təkrar müraciətlərin təhlili, narazılıqların əsas səbəblərinin müəyyən olunması; Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və tövsiyələrin rəhbərliyə təqdim edilməsi; Aidiyyəti bölmələrlə təkmilləşdirmə planlarının razılaşdırılması, icra gedişinin və əldə olunan nəticələrin izlənməsi; Mənfi rəy bildirən müştərilərlə əlaqə və problemlərin həlli prosesinə nəzarət edilməsi; IT, BI və CRM komandaları ilə birlikdə sorğuların, məlumatların toplanmasının və hesabatların avtomatlaşdırılması işlərində iştirak edilməsi. Tələblər Ali təhsil; Müştəri təcrübəsi, müştəri araşdırmaları, xidmət keyfiyyəti və ya oxşar sahədə azı 3 il iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Kəmiyyət və keyfiyyət araşdırmalarının planlanması, aparılması və nəticələrinin analizində praktiki təcrübə; NPS, CSAT və CES metodologiyaları, seçmənin formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər; Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması və problemin kök səbəblərinin təhlili bacarığı; Excel-də sərbəst işləmək bacarığı: Pivot cədvəllər, düsturlar, məlumatların işlənməsi və yoxlanılması; Hesabat hazırlamaq, göstəriciləri düzgün şərh etmək və nəticələri təqdim etmək bacarığı; Təhlil nəticələrini konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı; Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik və müstəqil işləmə bacarığı; Fərqli bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını koordinasiya etmək bacarığı; Power BI, Power Query, SQL bilikləri və CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır; Pərakəndə satış və ya elektron ticarət sahəsində təcrübə, həmçinin ingilis dili biliyi üstünlük hesab olunur. Vakansiya növü Tam ştat Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən link vasitəsilə ərizə təqdim edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Müştəri təcrübəsi üzrə menecer

Kontakt Home

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.